Azərbaycan Belçikaya yumurta ixrac edəcək

   Azərbaycan Belçikaya yumurta ixrac edəcək
  14 İyun 2023    Oxunub:783
"Yaxın gələcəkdə Azərbaycandan Belçika Krallığına yumurta ixrac ediləcək".
AzVision.az xəbər verir ki, bunu Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Mürvət Həsənli bildirib.

O bildirib ki, hazırda sənədləşmə işləri aparılır: "Yaxın zamanda ixrac prosesi baş tutacaq. Hazırda İsrail da daxil olmaqla, 10-a yaxın xarici ölkəyə yumurta ixrac edirik".

Sədr qeyd edib ki, 2022-ci ildə 130 min tondan çox quş əti istehsal edilib.

Aytən Zəhra
AzVision.az


Teqlər:



Xəbər lenti