MEDİA jurnalistlər üçün müsabiqə elan edir

   MEDİA jurnalistlər üçün müsabiqə elan edir
  14 İyun 2023    Oxunub:1682
Medianın İnkişafı Agentliyi fərdi jurnalist müsabiqəsi elan edir.
AzVision.az xəbər verir ki, “Media haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.4-cü maddəsinə əsasən jurnalist anlayışı ilə əhatə olunan şəxslər müsabiqədə iştirak edə bilərlər.

Müsabiqədə iştirak etmək üçün müraciət və ona əlavə edilən sənədlər elektron formada mib.media.gov.az portalı vasitəsilə Medianın İnkişafı Agentliyinə təqdim edilir.
Müsabiqənin yekununda yazılar üçün nəzərdə tutulmuş nominasiyaların hər biri üzrə 5 jurnalist, süjetlər üçün nəzərdə tutulmuş nominasiyaların hər biri üzrə isə 2 jurnalist və 2 operator qalib elan edilir və mükafatlandırılır.

AzVision.az


Teqlər:



Xəbər lenti