" Azərbaycan Ordusu Arazdəyəndəki metallurgiya zavoduna atəş açmayıb"

  " Azərbaycan Ordusu Arazdəyəndəki metallurgiya zavoduna atəş açmayıb"
  14 İyun 2023    Oxunub:855
Azərbaycan Ordusunun bölmələrinin guya Arazdəyən istiqamətində metallurgiya zavoduna atəş açması və iki nəfərin yaralanması barədə Ermənistan tərəfinin yaydığı məlumatı qəti surətdə təkzib edirik.
Bu barədə AzVision.az -a Müdafiə Nazirliyindən bildirilib. Qeyd edək ki, Ermənistan tərəfi guya Azərbaycanın Ordusunun atəşi nəticəsində Arazdəyəndə metallurgiya zavodunun tikintisində çalışan iki Hindistan vətəndaşının yaralandığı barədə məlumat yayıb.

AzVision.az


Teqlər:



Xəbər lenti