Prokurorluqdan işçilər üçün tikilən bina ilə bağlı xəbərə münasibət

   Prokurorluqdan işçilər üçün tikilən bina ilə bağlı xəbərə münasibət
  14 İyun 2023    Oxunub:927
“Bəzi media və sosial şəbəkə səhifələrində Xətai rayonu, Ceyhun Həsənov, 81 ünvanında prokurorluq əməkdaşları üçün inşa olunmuş çoxmərtəbəli binanın infrastrukturu və saxlanması ilə bağlı müxtəlif problemlərin mövcudluğu barədə məlumatlar yayılıb”.
Bu barədə AzVision.az -a Baş Prokurorluqdan məlumat verilib. "Bildirilir ki, qeyd olunan bina prokurorluq işçilərinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə "Qayğı" Mənzil Tikinti Kooperativinin sifarişi əsasında podratçı tərəfindən inşa edilmiş və hazırda binanın saxlanması, kommunal və digər xidmətlər həmin MTK tərəfindən həyata keçirilir. Həmin MTK-nın prokurorluq orqanları ilə hər hansı bağlılığı yoxdur", - məlumatda qeyd olunub.

AzVision.az


Teqlər:



Xəbər lenti