Ermənistan Gorusdan Azərbaycan Ordusunun mövqelərini atəşə tutub

   Ermənistan Gorusdan Azərbaycan Ordusunun mövqelərini atəşə tutub
  15 İyun 2023    Oxunub:783
İyunun 15-i saat 11:00 radələrindən başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz istiqamətdə yerləşən mövqelərini minaatanlar da daxil olmaqla müxtəlif çaplı silahlardan atəşə tutub.
Bu barədə AzVision.az -a Müdafiə Nazirliyindən məlumat verilib.

"Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülür", - məlumatda qeyd edilib.

AzVision.az


Teqlər:



Xəbər lenti