Anasının qızıllarını oğurladı

   Anasının qızıllarını oğurladı
  15 İyun 2023    Oxunub:736
Bakıda evdən külli miqdarda oğurluq edilib.
AzVision.az Dİn-ə istinadla xəbər verir ki, Dərnəgül qəsəbəsindəki evlərin birindən 7000 manat dəyərində qızıl-zinət əşyalarının qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.

Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən ev sahibəsinin oğlu Ü.Əhmədov müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.

AzVision.az


Teqlər: DİN  



Xəbər lenti