Taksi fəaliyyəti ilə bağlı yeni dövlət rüsumları
Dəyişikliyə əsasən, Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarına icazənin verilməsi üçün dövlət rüsumunun dərəcələri aşağıdakı kimi müəyyən edilir.
- Taksi minik avtomobilləri ilə sərnişin daşımalarına buraxılış vəsiqəsinin verilməsi: 125 manat
- hər bir nəqliyyat vasitəsi üçün buraxılış kartının verilməsi: 25 manat
- Azərbaycan Respublikası ilə xarici ölkələr arasında avtomobil nəqliyyatı ilə daşımaları yerinə yetirmək üçün operatorlara beynəlxalq yük və qeyri-müntəzəm sərnişin daşımalarına buraxılış vəsiqəsinin verilməsi: 250 manat
- Hər bir nəqliyyat vasitəsi üçün buraxılış kartının verilməsi: 75 manat
- Taksi sifarişi operatoru fəaliyyətinə icazənin verilməsi: 3000 manat
Bu qanun qəbul olunduqdan sonra 2023-cü il oktyabrın 1-dən qüvvəyə minir.
Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


