Prezident Berluskoninin vəfatı ilə əlaqədar başsağlığı verib

   Prezident Berluskoninin vəfatı ilə əlaqədar başsağlığı verib
  16 İyun 2023    Oxunub:986
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 16-da İtaliya Respublikasının ölkəmizdəki səfirliyində olub, İtaliya Respublikası Nazirlər Şurasının keçmiş Sədri Silvio Berluskoninin vəfatı ilə əlaqədar başsağlığı verib.
AzVision.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev İtaliyanın ölkəmizdəki səfirliyinə gəldi. İtaliyanın Azərbaycandakı səfiri Klaudio Taffuri dövlətimizin başçısını qarşıladı. Prezident İlham Əliyev matəm kitabına ürək sözlərini yazdı.

AzVision.az


Teqlər:



Xəbər lenti