Sonra ABADçıların əl işlərindən, rəsm əsərlərindən və şəkillərdən ibarət sərgi ilə tanışlıq olub. Eksponatlar dekorativ-tətbiqi xalq sənətkarlığının müxtəlif texnikalarında işlənilib. Məhsulların hər biri sərgidən sonra “ABAD” etno-butiklərində satışa çıxarılacaq.
Tədbir çərçivəsində “ABAD”ın ilk qonaq evi olan “Art Hotel by ABAD Guest”in açılışı baş tutub. Qonaqlar şərq üslübünda dizayn edilmiş butik hotelin 8 nömrəsi ilə tanış olublar. Burada 20 nəfərədək qonağı yerləşdirmək imkanı var və hər nömrə zəruri infrastrukturla təmin olunub.
Qonaqlar üçün qədim sənətkarlıq emalatxanalarından yararlanmaq üçün xüsusi endirimlər nəzərdə tutulur. Burada qış mövsümü üçün restoran, yay üçün açıq terras təşkil olunacaq.
Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbir konsert proqramı ilə yekunlaşıb.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


