MN: Ordumuzun mövqeləri intensiv atəşə tutulur, cavab tədbirləri görülür

      MN:    Ordumuzun mövqeləri intensiv atəşə tutulur,    cavab tədbirləri görülür
  17 İyun 2023    Oxunub:965
İyunun 17-si saat 10:45-dən etibarən Ordumuzun Gədəbəy, Kəlbəcər və Laçın rayonları istiqamətlərində yerləşən bölmələri Ermənistan silahlı qüvvələrinin üzbəüz mövqelərdə yerləşən bölmələri tərəfindən müxtəlif çaplı atıcı silahlardan intensiv atəşə tutulur.
Bu barədə AzVision.az -a Müdafiə Nazirliyindən məlumat verilib.

Azərbaycan Ordusu tərəfindən qeyd olunan bütün istiqamətlərdə adekvat cavab tədbirləri görülür.

Əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.

AzVision.az



Teqlər: Azərbaycan-Ordusu  



Xəbər lenti