Etibar Hüseynov: `Mənim qudam yoxdur`

Etibar Hüseynov: `Mənim qudam yoxdur`
  31 May 2014    Oxunub:2281
Millət vəkili Etibar Hüseynovun bir neçə gün əvvəl oğlu Şöhrətə toy etməsi haqda xəbər vermişdik. Mətbuata toydan çəkilmiş şəkillər yayılsa da deputatın kiminlə quda olması haqda məlumat verilməmişdi.
Yayılmış şəkillər sosial şəbəkələrdə müzakirə olunmuş deputatın kiminlə quda olması haqda müxtəlif şəxslərin adları çəkilmişdi. Adı çəkilən şəxslər arasında Azərbaycanın Türkmənistandakı səfiri Vəhdət Sultanzadə də vardı.

Virtualaz.org bildirir ki, xeberdar.az məsələ ilə bağlı Millət vəkili Etibar Hüseynovla əlaqə saxlayıb. Deputat sayta açıqlamasında Türkmənistandakı səfirimizi tanımadığını bildirib: “Mən bu məsələlərlə bağlı mətbuata açıqlama vermirəm. Kim nə istəyir, onu da yazır. Mənim qudam rəhmətə gedib, yoxdu. Onlar sadə azərbaycanlı ailəsidir”.


Teqlər:





Xəbər lenti