Tibb üzrə təhsil alanların xərcini dövlət qarşılayacaq

   Tibb üzrə təhsil alanların xərcini dövlət qarşılayacaq
  17 İyun 2023    Oxunub:1268
"Son dövrlərdə Azərbaycanda tibb təhsilinin inkişafı müşahidə olunur.Tibb təhsilinin əlçatan olmasını istəyirik, yəni bilik və bacarığı olan şəxsin maliyyə səbəbindən bu sahənin təhsilindən kənarda qalmasını istəmirik".
AzVision.az xəbər verir ki, bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev Bakıda ilk dəfə keçirilən Dünyadakı Azərbaycanlı Təbiblərin Simpoziumunda çıxışı zamanı deyib.

Nazirin sözlərinə görə, hər il dövlət sifarişli yerlərin sayı hesablanarkən üstünlük tibb sahəsinə verilir: "Növbəti tədris ilində tibb təhsili sahəsində yerlərin 91 faiz dövlət tərəfindən maliyyələşəcək. Yəni tibb sahəsi üzrə təhsil almaq istəyən 100 nəfərdən 91-nin təhsil xərci dövlət tərəfindən qarşılanacaq".

O qeyd edib ki, Azərbaycanda tibb təhsilinin əhatəliliyinin artırılması istiqamətində də vacib addımlar atılır:

"Universitetlərdə tibb fakültələrin olması təbabət elminə öz töhfəsini verir. Arzu etsəm də həkim ola bilməmişəm. Etiraf edək ki, bugünkü dünya universitetlərinin reytinq siyahısında yer alması tibb sahəsində olan tədqiqatlardan asılıdır".

Aytən Zəhra
AzVision.az


Teqlər: Tibb  



Xəbər lenti