"Koronavirus xəstələri üçün açılan tibb müəssisələri fəaliyyətini dayandırıb"

   "Koronavirus xəstələri üçün açılan tibb müəssisələri fəaliyyətini dayandırıb"
  17 İyun 2023    Oxunub:1146
"COVID-19 pandemiyası dönəmində açılan modul tipli xəstəxanalar ehtiyac olan digər sahələrdə istifadə olunacaq".
AzVision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında TƏBİB-in icraçı direktoru Vüqar Bayramov deyib. Onun sözlərinə görə, hazırda koronavirus xəstələrinin sayı azaldığı üçün onların müalicəsi üçün yalnız Məhəmmədli qəsəbəsindəki modul tipli xəstəxana istifadə olunur:

"Pandemiya dönəmində açılan digər modul tipli xəstəxanalar fəaliyyətini dayandırıb. Onların TƏBİB tabeliyindəki tibb müəssisələrinin nəzdində ehtiyac olan sahələrə verilməsi üçün layihələr hazırlanıb. Müvafiq razılaşdırmadan sonra həmin xəstəxanaların təyinatı dəyişdirilərək ehtiyacı olan sahələr üzrə istifadə olunacaq".

Aytən Zəhra
AzVision.az


Teqlər:



Xəbər lenti