Son sutkada ölkədə 1 nəfər koronavirusa yoluxub, 2 nəfər sağalıb

Son sutkada  ölkədə 1 nəfər koronavirusa yoluxub, 2 nəfər sağalıb
  17 İyun 2023    Oxunub:879
Azərbaycanda son sutka ərzində koronavirus (COVID-19) infeksiyasına yoluxanların və peyvənd olunanların sayı açıqlanıb.
AzVision.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, son sutkada infeksiyaya 1 yeni yoluxma faktı qeydə alınıb.

COVID-19-a yoluxan 2 nəfər sağalıb.

İndiyədək ölkədə ümumilikdə 831 890 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 821 598 nəfər müalicə olunaraq sağalıb, hazırda 11 aktiv xəstə var. Bu günə qədər 10 281 nəfər vəfat edib.

Məlumata görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 615, bu günə qədər isə ümumilikdə 7 636 539 test icra olunub.

Eyni zamanda ölkədə son sutka ərzində 31 nəfər vaksinasiya olunub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı isə 13 966 350 olub

AzVision.az
.


Teqlər: Kovid   Statistika  



Xəbər lenti