Nəsimi rayonunda əyilmiş ağac sakinlərin başına düşə bilər
Belə ki, ağac əyilərək yolun hərəkət hissəsində çətinlik yaradıb. Əgər güclü külək əsərsə, ağac aşa bilər. Bu da yoldan ötənlər üçün təhlükədir.
Məsələ ilə bağlı Bakı Şəhəri İcra Hakimiyyətindən bildirilib ki, mövcud problemlə bağlı sakinlər rayon icra hakimiyyətinə, yaxud bələdiyyəyə müraciət etməli, onlar isə bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məlumat verməlidirlər.
Qeyd olunub ki, nazirlik Bakı şəhəri Yaşıllaşdırma Təsərrüfatı Birliyinə göndəriş verdikdən sonra problemlə bağlı araşdırma aparılır və ona uyğun müvafiq tədbir görülür.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


