DSX-nin hərbi qulluqçusu özünü öldürüb

   DSX-nin hərbi qulluqçusu özünü öldürüb
  17 İyun 2023    Oxunub:1425
Dövlət Sərhəd Xidmətinin (DSX) Qazax əlahiddə sərhəd diviziyasının hərbi qulluqçusu baş çavuş Hacıyev Pərviz Azər oğlu odlu silahdan atəş açaraq intihar edib.
AzVision.az xəbər verir ki, bu barədə DSX məlumat yayıb.

Hadisənin hərbi xidmətlə bağlı olmayan səbəbdən baş verməsi müəyyən olunub.

Faktla əlaqədar prokurorluq orqanlarının əməkdaşları ilə birlikdə araşdırma tədbirləri həyata keçirilir.

Dövlət Sərhəd Xidmətinin rəhbərliyi vəfat edən hərbi qulluqçunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

AzVision.az



Teqlər: DSX   İntihar  



Xəbər lenti