Agentlik rəhbərləri Şamaxı rəsədxanasında

  31 May 2014    Oxunub : 599
Agentlik rəhbərləri Şamaxı rəsədxanasında
Dünya Xəbər Agentlikləri Konqresinin sədri, Səudiyyə Ərəbistanı Krallığının Səudiyyə Press Agentliyinin (SPA) prezidenti Abdullah bin Fəhd əl-Hüseyn, Böyük Britaniyanın “Press Association” Agentliyinin baş icraçı direktoru Klayv Marşall və digər qonaqlar mayın 31-də Şamaxıda Cümə məscidi və astrofizika rəsədxanası ilə tanış olublar.
Şamaxı Cümə məscidinin axundu Dünya Xəbər Agentlikləri Konqresi Şurasının AzərTAc-ın ev sahibliyi ilə Bakıda keçiriləcək iclası çərçivəsində Azərbaycana səfərə gələn qonaqlara dini məbədin tarixi, burada aparılan bərpa və yenidənqurma işləri barədə məlumat verib.

Cümə məscidindən ayrılan qonaqlar Şamaxı Astrofizika Rəsədxanası ilə tanış olublar.


Teqlər: