Naxçıvanda 17 yaşlı qız qətlə yetirildi

   Naxçıvanda 17 yaşlı qız qətlə yetirildi
  18 İyun 2023    Oxunub:1127
İyunun 18-də Kəngərli rayon Xok kənd sakini 2006-cı il təvəllüdlü Aysun İbrahimovanın kəsici-deşici alətlə xəsarət yetirilərək qəsdən öldürülməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.
Naxçıvan Muxtar Respublikası Prokurorluğundan AzVision.az -a verilən məlumata görə, hadisəni törətmiş şəxs və ya şəxslərin müəyyən edilməsi istiqamətində prokurorluq və daxili işlər orqanlarının əməkdaşları tərəfindən zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Nəticəsi barədə əlavə məlumat veriləcək.

AzVision.az


Teqlər:



Xəbər lenti