“Əhmədli”də polisə müqavimət göstərən sürücülər həbs olundu

   “Əhmədli”də polisə müqavimət göstərən sürücülər həbs olundu
  18 İyun 2023    Oxunub:1542
“Əhmədli” metrostansiyasının qarşısında yol hərəkəti qaydalarını pozan sürücülər barəsində tədbirlər görülüb.
Bu barədə AzVision.az - a Bakı şəhər DYP-nin baş inspektoru, polis mayoru Araz Əsgərli məlumat verib.

Araz Əsgərli bildirib ki, sözügedən ərazidə dayanma-durma qaydalarının pozan və ictimai nəqliyyatın hərəkətinə maneə yaradan sürücülərlə bağlı polisə dəfələrlə müraciət daxil olub.
Ətraflı

Bununla əlaqədar yol polisi əməkdaşları əraziyə cəlb olunub.

Qaydalara əməl edilməməsi ilə bağlı protokol tərtib edilərkən sürücülərdən ikisi-Mirsüleyman Süleymanlı və Şəhriyar Abbasov polisə müqavimət göstəriblər.
Həmin şəxslər İnzibati Xətalar Məcəlləsinin 535-ci (Polisin qanuni tələbinə tabe olmama) maddəsi ilə məsuliyyətə cəlb edilib, Xətai Rayon Məhkəməsinin qərarı ilə M.Süleymanlı və Ş.Abbasova inzibati qaydada 20 sutka həbs cəzası verilib.

AzVision.az


Teqlər:



Xəbər lenti