Şəkidə yük maşını yanıb, sürücü yaralanıb

   Şəkidə yük maşını yanıb,    sürücü yaralanıb
  18 İyun 2023    Oxunub:922
Şəkidə yük maşını yanıb, sürücü xəsarət alıb.
Bu barədə AzVision.az -a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Belə ki, Kiçik Dəhnə kəndində “КамАЗ” markalı yük avtomobilinin qoşqusunun yanar hissələri və qoşquya yığılan 6 ton ot bağlamasının 2 tonu yanıb.

Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb.

Ot bağlamalarının qalan hissəsi və yük avtomobili yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

AzVision.az


Teqlər: Şəki   qəza  



Xəbər lenti