Belə ki, mayın 15-də gecə saatlarında qardaşlar özlərinə məxsus “Daewo gentra”markalı maşınla sifariş verdikləri narkotik vasitəni götürmək məqsədilə Səbail rayonu Badamdar qəsəbəsinə gəliblər.
Qeyd olunan ərazidə xidmət aparan polis əməkdaşları həmin şəxslərə yaxınlaşarkən onlar nəqliyyat vasitəsini polis əməkdaşlarının üzərinə sürüb hadisə yerindən uzaqlaşmağa cəhd göstəriblər. Bu zaman polis əməkdaşı qanunamüvafiq olaraq xidməti tabel silahından istifadə etməklə avtomobilə atəş açıb. Nəticədə avtomobildə olan V.Səmədovun ayaq nahiyəsindən xəsarət alıb. Araşdırmalarla hadisə yerindən 1 büküm narkotik vasitə olan heroin aşkarlanıb.
V.Səmədovun müalicəsi davam etdirilir. Fakt üzrə araşdırmalar davam etdirilir.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


