Qeyri-sabit hava nə qədər davam edəcək?

   Qeyri-sabit hava nə qədər davam edəcək?
  18 İyun 2023    Oxunub:1185
Qeyri-sabit, yağıntılı hava şəraiti iyunun 21-i gündüzədək davam edəcək.
Bunu AzVision.az -a Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

O qeyd edib ki, şimal-qərbdən hərəkət edən soyuq atmosfer cəbhəsinin daxil olması nəticəsində hazırda ölkə ərazisində qeyri-sabit, yağıntılı hava şəraiti müşahidə olunur.

G.Məmmədovanın sözlərinə görə ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraiti bölgələrdə iyunun 21-i gündüzədək , Bakıda və Abşeron yarımadasında isə iyunun 19-u səhərədək davam edəcək.

AzVision.az


Teqlər:



Xəbər lenti