Bayramla əlaqədar bütün müavinətlər tez ödəniləcək

Bayramla əlaqədar bütün müavinətlər tez ödəniləcək
  19 İyun 2023    Oxunub:1021
Qurban bayramı ilə əlaqədar bütün sosial müavinətlər qrafikdən əvvəl ödəniləcək.
Bu barədə AzVision.az -a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Bildirilib ki, Qurban bayramı ilə əlaqədar qrafikdən əvvəl - iyunun 22-də bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənilməsi nəzərdə tutulub.

AzVision.az


Teqlər:



Xəbər lenti