“AzInTelecom”dan elektron hökumət portalındakı problemlə bağlı açıqlama
Qeyd etmək istərdik ki, “AzİnTelecom” MMC-yə məxsus olan infrastruktura daxil olan bütün avadanlıqlar beynəlxalq təhlükəsizlik və dayanıqlılıq standartlarına uyğundur və təchizatçı şirkət tərəfindən avadanlıqları beynəlxalq zəmanət verilir.
Dayanma baş verən anda dərhal beynəlxalq təchizatçı şirkətə müraciət olunub. Təchizatçı şirkətin texniki dəstək komandası və beynəlxalq mühəndislər tərəfindən araşdırmalar davam etdirilir. Baş verən hadisə çox az rastlanan hal olduğu üçün beynəlxalq şirkət tərəfindən aparılan araşdırmanın yekunlaşdırılmasına vaxt tələb olunur.
Beynəlxalq təchizatçı şirkət tərəfindən baş verən nasazlığın səbəbləri barədə “AzInTelecom” MMC-yə hesabat təqdim edildikdən sonra ictimaiyyətə məlumat veriləcək.
Qeyd edək ki, ötən həftə “e-gov.az” və “my.gov.az” portallarının fəaliyyətində problem yaranmışdı.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


