“ASAN xidmət” QDİƏT-in işçi qrupunun ölkə üzrə koordinatoru seçilib
Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov dövlət xidmətlərin göstərilməsində innovasiyaların vacibliyi, eləcə də xidmət sahəsində keyfiyyətinin artırılmasına dair görülən işlər barədə ətraflı məlumat verib.
Tədbirdə Dövlət Agentliyinin qabaqcıl fəaliyyət istiqamətləri ilə yanaşı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və QDİƏT-ə üzv dövlətlərin nümayəndələrinin də müvafiq sahələr üzrə birgə təcrübə mübadiləsi aparılıb.
Vebinar çərçivəsində təşkil olunan sessiyalarda innovasiyalar, xidmətlərin təşkili və beynəlxalq əməkdaşlıq kimi əhəmiyyətli sahələrdəki fəaliyyət barədə iştirakçılarla geniş müzakirələr aparılıb, suallar cavablandırılıb.
“ASAN xidmət” müvafiq sahələr üzrə qabaqcıl təcrübəsinə əsasən QDİƏT-in İnstitusional İslahatlar və Yaxşı İdarəçilik İşçi Qrupuna yenidən 2023 – 2025-ci illər üçün ölkə üzrə koordinator vəzifəsini yerinə yetirməyə layiq görülüb.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


