Səfirliyə hücum, bir polis yaralandı

   Səfirliyə hücum,    bir polis yaralandı
  19 İyun 2023    Oxunub:1077
Bu gün Braziliyanın Tunisdəki səfirliyinə bıçaqla hücum edilib. Tunis Daxili İşlər Nazirliyindən verilən açıqlamada, təcavüzkarın səfirliyin qarşısında işləyən bir polis əməkdaşını bıçaqladığı bildirilib.
Hücum edən şəxs digər polislər tərəfindən ayağından güllələnərək zərərsizləşdirilib. Bıçaqlanan polis məmuru isə xəstəxanaya aparılıb.

Səfirlik ətrafında geniş təhlükəsizlik tədbirləri görülüb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər: Braziliya  



Xəbər lenti