İlin sonuna qədər 2000-ə yaxın ailə azad edilmiş ərazilərə qayıdacaq

   İlin sonuna qədər 2000-ə yaxın ailə azad edilmiş ərazilərə qayıdacaq
  19 İyun 2023    Oxunub:1463
“Heydər Əliyev İli”ndə ilin sonunadək ümumilikdə 2000-ə yaxın keçmiş məcburi köçkün ailəsi öz doğma torpaqlarına köçürüləcək və Qarabağda, Şərqi Zəngəzurda yaşayacaqlar.
Bu sözləri Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi (QMKİDK) sədrinin müavini Fuad Hüseynov iyunun 19-da jurnalistlərə müsahibəsində səsləndirib.

O bildirib ki, məcburi köçkünləri qarşılayan ilk “qaranquş” Ağalı kəndidir. Ağalı kəndinə 86 ailə köçürülüb. Ağalıdan sonra Tərtərin Talış kəndi 20 ailəni qəbul edib.

“Sevindirici haldır ki, artıq Laçın rayonuna köç başlayıb, 52 ailə evlərinə yerləşib. Çox fərəhlidir ki, biz artıq “keçmiş məcburi köçkün” sözlərini işlədirik”, - deyə Fuad Hüseynov qeyd edib.

AzVision.az


Teqlər:



Xəbər lenti