Mixail Qusman Ərdoğan haqqında film çəkdi - FOTOLAR

   Mixail Qusman Ərdoğan haqqında film çəkdi -    FOTOLAR
  20 İyun 2023    Oxunub:1531
Rusiyanın paytaxtı Moskva şəhərində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan haqqında sənədli film nümayiş olunub.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, filmi TASS informasiya agentliyinin Baş direktorunun birinci müavini Mixail Qusman çəkib.

Tədbirdə Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko, Azərbaycanın Rusiyada fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu və bir sıra ölkələrin səfirləri iştirak ediblər.

M. Qusman bildirib ki, sənədli film Ərdoğanın uğurlu həyatını, siyasi fəaliyyətində onun müdrik liderliyini ehtiva edir: “Buna görə düşünürəm ki, Türkiyə belə bir lideri olduğu üçün xoşbəxt ölkədir”.

Qeyd edək ki, M. Qusman “Hakimiyyət formulu” verilişində Ərdoğanla 4 dəfə çəkiliş edib.

AzVision.az


Teqlər: Ərdoğan  



Xəbər lenti