Türkiyə vətəndaşı Cəbrayılda belə xilas edildi - VİDEO

   Türkiyə vətəndaşı Cəbrayılda belə xilas edildi -    VİDEO
  20 İyun 2023    Oxunub:1106
Cəbrayıl rayonu, Şükürbəyli kəndi ərazisində güclü yağış səbəbindən yaranan sel axınında 1 nəfər vətəndaş minik avtomobilində köməksiz vəziyyətdə qalıb.
Fövqəladə Hallar Nazirliyindən (FHN) AzVision.az -a verilən məlumata görə, bu barədə “112” qaynar telefon xəttinə məlumat daxil olub.

Məlum olub ki, idarə etdiyi “VAZ-2106” markalı minik avtomobili ilə sel axınına düşən Türkiyə vətəndaşı 1975-ci il təvəllüdlü Aksut Yusufun həyatı üçün təhlükə yaranıb.

Yanğınsöndürənlər operativ olaraq Aksut Yusufu sel sularından xilas edərək təhlükəsiz əraziyə təxliyə ediblər.






AzVision.az


Teqlər:



Xəbər lenti