"Əməkdaşlarımız Söyüdlüdədirlər" - Nazirlik

  "Əməkdaşlarımız Söyüdlüdədirlər" -  Nazirlik
  21 İyun 2023    Oxunub:871
“Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən Gədəbəydə monitorinq və araşdırmalara başlanılıb”.
Bu barədə AzVision.az -a nazirliyin mətbuat katibi İradə İbrahimova məlumat verib.

O bildirib ki, Gədəbəy rayonunun Söyüdlü kəndinin ərazisində inşa olunan süni gölün tikintisi ilə bağlı yaranan problemdən məlumatlıdırlar: “Artıq əməkdaşlarımız əraziyə yollanıb. Bütün təsirlər öyrəniləcək, təhlillər aparılacaq və nəticələr barədə ictimaiyyətə məlumat veriləcək”.

AzVision.az


Teqlər:



Xəbər lenti