Ermənistandakı əsirimizə 20 il iş kəsildi

   Ermənistandakı əsirimizə 20 il  iş kəsildi
  21 İyun 2023    Oxunub:2525
Ermənistanda əsir saxlanılan azərbaycanlı əsgər Hüseyn Axundov 20 il müddətinə azadlıqdan məhrum edilib.
AzVision.az xəbər verir ki, məlumatı Ermənistan mətbuatı yayıb.
Erməni diversantların işi məhkəməyə göndərildi


Qərarı Ermənistanın Sünik vilayətinin Ümumi Yurisdiksiya Məhkəməsi çıxarıb.

Qeyd edək ki, əsgərimiz yalançı iddialarla günahlandırılır. O, Qafanda mis-molibden zavodunun gözətçisi Ayrapet Meliksetyanı "qətlə yetirməkdə" təqsirləndirilir.

Ermənistan "məhkəməsi" mayın 8-də Aqşin Bəbirovu isə 11,5 il müddətinə azadlıqdan məhrum edib.

Xatırladaq ki, Azərbaycan Ordusunun əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu bir neçə gün öncə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən itkin düşüblər.

Ermənistan Müdafiə Nazirliyi aprelin 13-də Azərbaycan əsgərlərinin Ermənistanda saxlandığını etiraf edib. Sosial şəbəkələrdə və Ermənistan mediasında ermənilərin əsir götürdükləri Azərbaycan hərbçisini döymələri, ona ağır işgəncə vermələri ilə bağlı görüntülər yayılıb.



AzVision.az


Teqlər:   əsir  



Xəbər lenti