“İqtisadi inkişafın Heydər Əliyev modeli” mövzusunda seminar keçirilib

“İqtisadi inkişafın Heydər Əliyev modeli” mövzusunda seminar keçirilib
  21 İyun 2023    Oxunub:1070
İqtisadiyyat Nazirliyi Ulu Öndər Heydər Əliyevin 100 illiyi münasibətilə KİV nümayəndələri üçün “İqtisadi inkişafın Heydər Əliyev modeli” mövzusunda seminar keçirib.
Bu barədə AzVision.az -a nazirlikdən bildirilib.

Məlumata görə, tədbirdə qurumun əməkdaşı, Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimi Elnur İbrahimov mövzu ilə bağlı çıxış edərək, Ümummilli Liderin həyata keçirdiyi sosial-iqtisadi inkişaf strategiyası, islahatlar və onların uğurla reallaşması ilə baş verən müsbət dəyişikliklər, ölkəmizin iqtisadi qüdrətinin artması barədə iştirakçıları məlumatlandırıb. O, vurğulayıb ki, milli iqtisadiyyatın formalaşmasında, ölkəmizin dünyada nüfuzunun artmasında, etibarlı tərəfdaş kiimi tanınmasında H.Əliyevin misilsiz xidmətləri olub.

"Azərbaycanın bu gün qazandığı uğurlar məhz Ulu Öndərin müəllifi olduğu inkişaf modelini Prezident İlham Əliyevin keyfiyyətcə yeni müstəviyə keçirildiyi islahatlarla davam etdirməsinin nəticəsidir. Sosialyönümlü iqtisadiyyatın inkişafı, rifahın yüksəlməsi yönündə həyata keçirilən nəticəyönümlü tədbirlər, regionların sosial-iqtisadi inkişafı proqramları, Milli Prioritetlər, 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası, azad edilmiş ərazilərimizin reinteqrasiyası, həmçinin sosial və iqtisadi inkişafa yönəlik digər tədbirləri əhatə edən fərman və sərəncamların uğurla icrası ölkəmizdə qeyri-neft sektorunun, özəl bölmənin davamlı inkişafına, regionlarda sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə, inklüziv və “yaşıl” artım”a nail olunmasına, investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin və iş yerlərinin açılmasına ciddi təkan verib", - deyə o qeyd edib.

Seminarda Ümummilli Liderin dövlət quruculuğu fəaliyyətinə həsr olunmuş film nümayiş etdirilib.
AzVision.az




Teqlər:



Xəbər lenti