İbrahim Rəisi “tərəqqi”dən danışıb
“İğtişaşların əsası düşmənlərin ölkənin tərəqqisini, xalqın ümidsizliyinin aradan qalxdığını görmələridir. Düşmən istehsalı dayandırmağa çalışdı, lakin xarici ticarət əlaqələrimiz təxminən 40% artdı. Dörd minə yaxın istehsal vahidi işə düşdü və iqtisadi çarx hərəkətə keçdi. 0% -0,4% olan artım 4,5%-ə çatıb. Digər göstəricilərə, o cümlədən inflyasiyaya da nəzarət edilib. İğtişaşlardan əvvəl məzənnə təxminən iki min tümən dəyişdi. Amma iğtişaşlarda ab-hava yarandı və birləşmiş müharibədə ölkəyə, xalqa qarşı media mühiti yaratdılar ki, bu da öz təsirini göstərdi”, - İran prezidenti deyib.
İbrahim Rəsinin iddiasına görə, hətta JCPOA-nı (İranın nüvə problemi üzrə 5+1 formatı) canlandırmaq üçün aparılan danışıqlar da “iğtişaşlar” səbəbindən dayandırıldı. Guya bu müstəvidə Tehranın tələblərini Avropa İttifaqı (Aİ) ağlabatan sayıb. Lakin həmin məqam “iğtişaşlar”la üst-üstə düşdüyündən Brüssel yaranmış vəziyyətdə öz xeyrinə istifadə etmək üçün yanlış fikir və hesablamalar aparıb.
Rəsisinin ölkədə baş verən kütləvi etiraz aksiyalarını inadla “iğtişaş”lar adlnadırması bir daha sübut edir ki, İran hökuməti insanların təməl hüquqlarının təminatı müstəvisində islahatlar aparmaq fikrində deyil.
İbrahim Rəisinin ölkə iqtisadiyyatının inkişafı barədə iddialarını isə qeyri-rəsmi statistika və beynəlxalq iqtisadi-maliyyə qurumlarının hesabatları alt-üst edir. Belə ki, Beynəlxalq Valyuta fondunun (BVF) və Dünya Bankının (DB) məlumatlarına görə, İranın ÜDM-i keçən il, Rəisinin dediyi kimi 45,% yox, 2,5% artıb. Bu il və növbəti bir neçə ildə isə bu artımın cəmi 2% təşkil edəcəyi gözlənilir ki, bu da regionun digər ölkələrindən xeyli aşağıdır.
Bu reallıqlar İran hökumətinin yalnız siyasi yox, həm də iqtisadi manipulyasiya ilə məşğul olduğunu sübuta yetirir.
Sahil İsgəndərov
Kamran İsayev
AzVision.az