Qurban bayramı ilə əlaqədar müavinətlər ödənilib

Qurban bayramı ilə əlaqədar müavinətlər ödənilib
  22 İyun 2023    Oxunub:1176
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən Qurban bayramı ilə əlaqədar qrafikdən əvvəl iyun ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları bu gün tam ödənilib.
Bu barədə AzVision.az -a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib.

Bundan əvvəl, iyunun 9-da Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, iyunun 14-də isə bölgələr üzrə, habelə güzəştli şərtlərlə pensiya alan şəxslərin iyun ayının pensiya ödənişləri həyata keçirilib.

Beləliklə, bu ay üzrə bütün pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları ödənilib.

AzVision.az


Teqlər: Qurbanbayramı  



Xəbər lenti