Goranboy sakini evində yanıb öldü

 Goranboy sakini evində yanıb öldü
  23 İyun 2023    Oxunub:1090
Bu gün Goranboy rayonunda ölümlə nəticələnən yanğın hadisəsi baş verib.
AzVision.az xəbər verir ki, rayonun Nizami kəndində fərdi yaşayış evində qısaqapanmadan yanğın başlayıb.

Hadisə nəticəsində ev sahibi olan 1959-cu il təvəllüdlü Maya Yusifova vəfat edib. Onun evi tərk etmək istəyərkən tüstüdən boğularaq öldüyü bildirilir.

Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər: yanğın  



Xəbər lenti