Azərbaycan Ordusu üçün yeni PUA və dağıdıcı raketlər alınıb

      Azərbaycan Ordusu üçün yeni PUA və dağıdıcı raketlər alınıb
  23 İyun 2023    Oxunub:1793
Ordumuzun daha da gücləndirilməsi vəzifəsi bir nömrəli vəzifə olaraq qalır.
AzVision.az xəbər verir ki, bunu iyunun 23-də Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birinə Döyüş bayrağının təqdim olunması mərasimində çıxışı zamanı deyib.

Buna nail olmaq üçün kompleks tədbirlərin görüldüyünü qeyd edən dövlətimizin başçısı bildirib: “Vətən müharibəsindən sonra yeni silahların alınması prosesi davam edir və artıq bir çox kontraktlar imzalanmışdır - həm yeni pilotsuz uçuş aparatlarının ölkəmizə gətirilməsi, həm uzaqmənzilli raketlərin ölkəmizə gətirilməsi, o raketlər ki, böyük dağıdıcı qüvvəyə və yüksək dəqiqliyə malikdir”.

“Yeni döyüş birləşmələrinin yaradılması, ilk növbədə, Komando Qüvvələrinin yaradılması döyüş qabiliyyətimizin artırılması üçün önəmli amillərdən biridir”, - deyə Azərbaycan Prezidenti bildirib.



AzVision.az


Teqlər:



Xəbər lenti