İcra başçısından döyülmə iddiasına reaksiya

  İcra başçısından döyülmə iddiasına    reaksiya
  23 İyun 2023    Oxunub:1178
"Sosial şəbəkələrdə haqqımda həqiqəti əks etdirməyən məlumatlar yayılıb".
AzVision.az xəbər verir ki, bunu Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov facebook səhifəsində yazıb. O, vətəndaşlar tərəfindən döyülməsi barədə yayılan iddiaların həqiqəti əks etdirmədiyini deyib.
Vətəndaşlar Neftçalanın icra başçısını döyüb? - Açıqlama


"Əziz dostlar, hörmətli həmkarlar, sizi dövlət qulluqçularının peşə bayramı münasibəti ilə ürəkdən təbrik edirəm.

Tədbir zalından indi çıxmışam, baxıram sosial şəbəkələrdə haqqımda həqiqəti əks etdirməyən məlumatlar yayılıb. Sosial şəbəkələr vasitəsi ilə insanlarımızda çaşqınlıq yaratmaq mümkün deyil və olmayacaq.

Vətəndaşımıza şərəfli və ləyaqətlə xidmət etmək bizim qarşımızda duran ən başlıca vəzifədir".

Qeyd edək ki, sosial şəbəkələrdə Neftçala RİH başçısı M.Seyidovun səyyar qəbul zamanı vətəndaşlar tərəfindən döyülməsi barədə iddialar yayılıb.

Məsələyə DİN -də münasibət bildirib. Qeyd edilib ki, Mirhəsən Seyidovun vətəndaşlar tərəfindən döyülməsi barədə iddialar həqiqəti əks etdirmir.



Şahanə Rəhimli
AzVision.az


Teqlər:   Neftçala  



Xəbər lenti