Şəkidə sakinlər yolu niyə bağlayıb?- Rəsmi açıqlama

   Şəkidə sakinlər yolu niyə bağlayıb?-    Rəsmi açıqlama
  23 İyun 2023    Oxunub:1708
İyunun 17-də Şəki rayonunun Daşüz kəndi ərazisinə dolu düşməsi nəticəsində fərdi yaşayış evlərinə ziyan dəyib.
Şəki Rayon İcra Hakimiyyətindən AzVision.az -a verilən məlumata görə, dəymiş maddi ziyanla bağlı rayon İcra Hakimiyyətinin Fövqəladə Hallar Komissiyası tərəfindən evlərə baxış keçirilib, müvafiq sənədləşmə işləri aparılıb və aidiyyəti üzrə məlumat verilib:

“Ancaq bir qrup kənd sakini həmin fəsadların dərhal aradan qaldırılması üçün bu gün magistral yolu bağlamağa cəhd göstəriblər. Rayon İcra Hakimiyyətinin və Polis Şöbəsinin rəhbərliyi ərazidə sakinlərlə görüşüb, onlarla izahedici-profilaktiki söhbətlər aparıb. Qısa müddət ərzində magistral yolda hərəkətin intensivliyi təmin edilib və ictimai asayiş pozulmayıb”.

AzVision.az


Teqlər: Şəki  



Xəbər lenti