|
| Parisdəki səfirliyimizə hücum edən erməni ilə bağlı qərar verildi |
"Ədalət bərqərar oldu! Azərbaycanın Fransadakı səfirliyinə hücum edən şəxsə 6 ay şərti həbs cəzası verilib və dəymiş ziyanın ödənilməsi barədə qərar çıxarılıb. Ədalətin zəfərini qeyd edək və təcavüzkar hərəkətləri pisləyək", - deyə L.Abdullayeva qeyd edib.
Xatırladaq ki, 18 sentyabr 2022-ci il tarixində radikal erməni nümayəndələri tərəfindən Parisdə Azərbaycan səfirliynə qarşı hücum cəhdi olub və nəticədə Səfirliyin binasına zərər yetirilib.
Paris məhkəməsinin 23 iyun 2023-cü il tarixli qərarı ilə sözügedən hücumun əsas iştirakçısı olan “Charjoum” erməni hərəkatının üzvü Loris Tufanyana 6 aylıq şərti cəza müəyyən edilib və cərimə tətbiq olunub.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


