İcra başçısının xanımı: "Bu xəbərləri kimin yaydığını bilmirəm"
O, adı çəkilən qurumdan könüllü şəkildə ayrıldığını bildirib:
“İyun ayının 8-də rəsmi olaraq öz istəyimlə işdən ayrılmışam. Başqa bir sahəyə gedirəm. Yeni iş yerimlə bağlı yaxın günlərdə məlumat verəcəyəm. Yayılan xəbərlər yanlışdır. Bunu insanlara kimin necə çatdırdığını bilmirəm. Yoldaşımın döyülməsi ilə bağlı yayılan xəbərlər də şayiədir. Hər şey qaydasındadır”.
Qeyd edək ki, bu gün Neftçalanın icra başçısı M.Seyidovun döyüldüyü xəbəri yayılıb. Bundan sonra onun xanımının da işdən ayrıldığı bildirilib.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


