Neftçalada qatar yük maşını ilə toqquşdu: Ölən var

   Neftçalada qatar yük maşını ilə toqquşdu:    Ölən var
  23 İyun 2023    Oxunub:1957
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Neftçala rayonunun Qaçaqkənd kəndində dəmiryolu keçidində yük qatarı və yük avtomobilinin toqquşması nəticəsində sürücünün avtomobilin altında qalması barədə məlumat daxil olub.
Bu barədə FHN-dən AzVision.az -a verilən məlumata görə, FHN-nin Muğan Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Həyata keçirilən tədbirlər nəticəsində sürücünün meyiti nəqliyyat vasitəsinin altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

AzVision.az


Teqlər: Neftçala  



Xəbər lenti