Yevlaxda polis yol qəzasında öldü

   Yevlaxda polis yol qəzasında öldü
  24 İyun 2023    Oxunub:1015
Yevlaxda polis yol qəzasında həyatını itirdi. .
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan AzVision.az - a verilən məlumata görə, Yevlax rayonu ərazisində rayon sakini 1988-ci il təvəllüdlü Arif Məhərrəmov "Renault" markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirərək avtomobili yolun kənarına aşırıb və nəticədə hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, A.Məhərrəmov Yevlax Rayon Polis Şöbəsində polis nəfəri kimi çalışırdı.

AzVision.az


Teqlər:



Xəbər lenti