`ASAN`-dan yenilik: SMS məlumatlandırma
SMS məlumatlandırma “ASAN xidmət” mərkəzlərində müvafiq xidmətlər üzrə növbə götürmüş vətəndaşların öz növbə müddətinin yaxınlaşması barədə məlumatlandırılmasına imkan yaradır. Belə ki, mərkəzlərdə müvafiq xidmətlər üzrə növbə götürülən zaman şəxs mobil nömrənin yazılması qeyd olunan xananı doldurmaqla SMS məlumatlandırma funksiyasından yararlana bilər.
Mobil nömrə qeyd edildikdən sonra şəxs öz növbəsinin çatmasına 5 və daha çox növbə sayı üçün xəbərdarlıq edilməsi ilə bağlı sorğunu cavablandırmalı və növbə biletini çap etdirməlidir. Bundan sonra şəxs öz növbə müddətinin çatmasına müvafiq olaraq seçdiyi növbə sayı qaldığı zaman mobil telefonuna gələn SMS vasitəsi ilə məlumatlandırılacaq.
SMS məlumatlandırma vasitəsi ilə ASAN xidmətlərdən faydalanmaq istəyən şəxslər zamanlarının daha da səmərəliliyini təmin etmiş olarlar.