"Heç bir dövlətin daxili işinə qarışa bilmərik" - Siyavuş Novruzov

   "Heç bir dövlətin daxili işinə qarışa bilmərik" -    Siyavuş Novruzov
  24 İyun 2023    Oxunub:1484
"Azərbaycan dövləti bu gün düzgün siyasət aparır və buna uyğun ortaya öz mövqeyini qoyur".
AzVision.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov deyib.

Onun sözlərinə görə, bu gün heç bir dövlətin daxili işinə qarışa bilmərik: “Hesab edirəm ki, Rusiyada baş verən hadisələrə münasibət bildirə bilmərik. Fərdi şəkildə hər birimiz münasibət bildirə bilərik, amma rəsmi şəkildə parlamentin adından müzakirə ola bilməz”.

AzVision.az


Teqlər: Deputat  



Xəbər lenti