Bakı-Ağstafa dəmir yolu xəttində sel təhlükəsi yaranıb

Bakı-Ağstafa dəmir yolu xəttində sel təhlükəsi yaranıb
  24 İyun 2023    Oxunub:1216
Bakı-Ağstafa dəmir yolu xəttinin Zazalı-Dəlimməmədli mənzilində sel təhlükəsi yaranıb.
Bu barədə AzVision.az "Azərbaycan Dəmir Yolları" QSC-yə istinadən xəbər verir.

Məlumata görə, son günlər yağan güclü yağışlan sonra sel nəticəsində çaylar öz məcrasından çıxaraq dəmir yolunun ətrafına qədər çatıb. Hərəkətin təhlükəsizliyi və fasiləsizliyin təmin edilməsi üçün əraziyə xüsusi texnika və işçi qüvvə səfərbər olunub. Suyun istiqaməti dəyişdirilərək dəmir yolları sel sularından mühafizə edilib.





AzVision.az


Teqlər:



Xəbər lenti