"Naxçıvanda müharibə əlillərindən avtomobillər geri alınmayıb" - Nazirlik
Qeyd edilib ki, bəzi internet və sosial şəbəkə səhifələrində muxtar respublikada ötən dövr ərzində müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə verilmiş avtomobillərin guya geri alınması ilə bağlı paylaşılan məlumat əsassızdır və həqiqəti əks etdirmir.
"Naxçıvanda ötən dövrdə verilmiş hansısa avtomobilin geri alınması nəzərdə tutulmur", - məlumatda vurğulanıb.
Xatırladaq ki, Azərbaycanın Nazirlər Kabinetinin 2020-ci il 18 dekabr tarixli 501 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”na əsasən, müharibə ilə əlaqədar əlilliyi olan şəxslər tibbi göstərişləri olduğu halda minik avtomobili ilə təmin olunurlar.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


