Söyüdlüdə xəstəliklərin statistikası və dinamikası təhlil edilir, tibbi müayinələr aprılır

      Söyüdlüdə    xəstəliklərin statistikası və dinamikası təhlil edilir, tibbi müayinələr aprılır
  24 İyun 2023    Oxunub:1050
Gədəbəy rayonunun Söyüdlü kənd sakinlərinin sağlamlığının və ətraf mühitin qorunması sahəsində vətəndaşların müraciətlərinin araşdırılması məqsədilə müvafiq Komissiya tərəfindən ərazidə kompleks monitorinqlər davam etdirilir.
AzVision.az xəbər verir ki, bu barədə Komissiya məlumat verib.

Bildirilib ki, hazırda ərazidə aidiyyəti qurumlar tərəfindən ətraf mühitə təsirlər qiymətləndirilir, tibbi sağlamlıq nöqteyi-nəzərindən xəstəliklərin statistikası və dinamikası təhlil edilir, tibbi müayinələr keçirilir:

“Pay torpaqlarında və örüş sahələrində məhsuldarlığa, mal-qaraya neqativ təsirlər öyrənilir, su və torpaq nümunələri götürülərək analizlər aparılır, atmosfer havasının keyfiyyəti yoxlanılır.

Aparılan kompleks monitorinqlərin nəticələri təhlil olunacaq və təkliflər hazırlanaraq Nazirlər Kabinetinə təqdim ediləcək”.

AzVision.az



Teqlər: Söyüdlü   Komissiya  



Xəbər lenti