Putin Təhlükəsizlik Şurasını toplayacaq

   Putin Təhlükəsizlik Şurasını toplayacaq
  25 İyun 2023    Oxunub:976
Rusiya Prezidenti Vladimir Putin gələn həftə Rusiya Təhlükəsizlik Şurasının daimi üzvləri ilə ənənəvi operativ iclas keçirəcək.
Bundan başqa, dövlət başçısının bir çox digər tədbirlərinin də olacağı gözlənilir. Xatırladaq ki, iyunun 23-də Priqojin Rusiyanın hərbi rəhbərliyini “Vaqner” düşərgələrinə hücumda və döyüşçüləri öldürməkdə günahlandırdı, buna cavab verəcəyini vəd etdi. Müdafiə Nazirliyi bu məlumatı təkzib edərək, təxribat kimi qiymətləndirdi.

Ertəsi gün səhər Priqojin Rostovdakı və Voronejdəki hərbi obyektlərə nəzarəti və ÖHŞ döyüşçülərinin Moskvaya getmək niyyətini açıqladı. Amma axşam saatlarında bu planlarından əl çəkdi. Bundan əvvəl Minsk Priqojinin Belarus Prezidenti Aleksandr Lukaşenko ilə danışıqları haqqında məlumat verdi.

Bildirildi ki, danışıqlar zamanı ÖHŞ döyüşçüləri üçün təhlükəsizlik zəmanəti ilə razılıq əldə edilib. Kremldən onların məsuliyyətə cəlb edilməyəcəyi, Priqojinə qarşı silahlı qiyamın təşkili ilə bağlı (Cinayət Məcəlləsinin 279-cu maddəsi) cinayət işinə xitam veriləcəyi və onun Belarusa gedə biləcəyi vədi verildi.

AzVision.az


Teqlər:



Xəbər lenti