Ceyhun Bayramov Mirzoyanla danışıqlar üçün ABŞ-yə getdi

  Ceyhun Bayramov Mirzoyanla danışıqlar üçün ABŞ-yə getdi
  26 İyun 2023    Oxunub:1477
İyunun 26-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ABŞ dövlət katibi Antoni Blinkenin dəvəti əsasında Amerika Birləşmiş Ştatlarına işgüzar səfərə yola düşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AzVision.az -a bildiriblər ki, səfər çərçivəsində dövlət katibi A.Blinken ilə ikitərəfli görüşün, eləcə də Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında “Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında ikitərəfli Saziş” layihəsi üzrə danışıqların növbəti raundunun keçirilməsi nəzərdə tutulub.

AzVision.az


Teqlər:



Xəbər lenti