Buzovnada 46 yaşlı kişini avtomobil vurub

Buzovnada 46 yaşlı kişini avtomobil vurub
  28 İyun 2023    Oxunub:1127
Bakının Xəzər rayonunda yol qəzası zamanı piyada ağır xəsarət alıb.
AzVision.az -ın məlumatına görə, avtomobil yolu keçən 1977-ci il təvəllüdlü İsrafilov İlqar Vuqar oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

AzVision.az



Teqlər:



Xəbər lenti